SIĞORTA

“Zamin Bank”ın sığorta şirkətindəki payı satışa çıxarılır
22 AVQUST
379

“Zamin Bank”ın sığorta şirkətindəki payı satışa çıxarılır

2016-08-22 16:34:00

Ləğvetmədə olan "Zaminbank"ın  “Başak İnam” sığorta şirkətindəki payı satışa çıxarılacaq.Bunu fins.az-a açıqlamasında Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) icraçı direktoru Azad Cavadov bildirib.

Qeyd edək ki, “Başak İnam”ın 24%  (1,697 mln. manat) səhmdarı hazırda ləğvetmə prosesində olan “Zamin Bank”dır. Bankın ləğvedicisi ADİF olduğundan bankın sığorta şirkətindəki payı da bu qurumun nəzarətinə keçib. A.Cavodun sözlərinə görə, bir neçə gündən sonra bankın sığorta şirkətindəki payı satışa çıxarılacaq. Səhmlər əvvəlcə sığorta şirkətinin digər səhmdarlarına təklif ediləcək.Sığorta şirkətinin səhmdarları bu payı almaqdan imtina etsələr,bu zaman səhmlər  bazara çıxarılacaq.

Qeyd edək ki, “Başak İnam”ın səhmdarları arasında “Zamin Bank”la yanaşı, “Azər-Türk Bank”, “Aqrar-Kredit”, “Turanbank”, “Groupama” şirkəti və fiziki şəxslər yer alıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271