SIĞORTA

“Qala Sığorta” nəticələrini açıqladı – HESABAT
22 AVQUST
253

“Qala Sığorta” nəticələrini açıqladı – HESABAT

2016-08-22 10:56:00

«Qala Sığorta»nın bu ilin 7 ayı üzrə nəticələrini məlum olub. Şirkətdən fins.az-a verilən məlumata görə, yanvar-iyul aylarında ümumi yığımların həcmi 3 447 735 manat təşkil edib. Ötən ilin eyni dövründə isə sığorta şirkəti fəaliyyətini dayandırdığı üçün sığorta haqqı toplamayıb.  

Sığorta yığımlarının 54,2%-i daşınmaz əmlakın icbari sığortasının, 23,3 %-i könüllü əmlak sığortasının, 21,8%-i peşə məsuliyyəti sığortasının, qalan hissəsi isə yük sığortası, məsuliyyət sığortası, fərdi qəza və xəstəlik sığortasının payına düşüb.

Bu ilin 7 ayında “Qala Sığorta”da bağlanan müqavilələr üzrə hər hansı bir sığorta hadisəsi olmayıb və ödəniş də baş verməyib. 2015-ci ilin yanvar-iyul aylarında isə sığorta şirkəti fəaliyyətini dayandırsa da, öhdəlikləri üzrə 39 810 manat ödəniş edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272