SIĞORTA

Dövlət Baş Sığorta Agentliyindən artım – AÇIQLAMASI
18 AVQUST
316

Dövlət Baş Sığorta Agentliyindən artım – AÇIQLAMASI

2016-08-18 09:11:00

Bu ilin birinci yarısında Naxçıvanda toplanan sığorta yığımları artıb. Bunu fins.az-a açıqlamasında Naxçıvan Muxtar RespublikasıDövlət Baş Sığorta  Agentliyinin baş direktoru Hikmət Əsgərov deyib. 

“Sığorta maarifçiliyi bəhrəsini verir”

Onun sözlərinə görə, muxtar respublikada sığorta fəaliyyətinin genişləndirilməsi üçün əhalinin maarifləndirilməsi istiqamətində işlər görülüb. Sığortanın ayrı-ayrı növləri ilə əlaqədar bildiriş vərəqələri paylanılıb.Eyni zamanda icbari sığorta növlərinə üzrə nəzarətin güclənməsi üçün müvafiq dövlət qurumları ilə əməkdaşlıq edilir.

Naxçıvanda 1095 Yaşıl Kart satılıb

Nəticədə bu ilin ilk 6 ayında toplanan sığorta yığımlarının ümumi həcmi ötən ilin eyni dövrü iə müqayisədə həcmi 0,4 faiz artıb. Muxtar respublikada həyat sığortası üzrə yığımlar isə 5,4 faiz artıb. Avtomobillərini icbari qaydada sığortalayanlar 1146  nəfər, daşınmaz əmlakın icbari sığortası üzrə bağlanılmış sığorta müqavilələrinin sayı 677 ədəd artıb. Naxçıvandan xaricə səfər edən avtomobil sahiblərinə 1095 Yaşıl Kart sığortası satılıb.

627 fermer əkin sahələrini sığortalayıb

Muxtar respublika rəhbərliyinin tapşırığından sonra Naxçıvanda bu ilin mart ayından etibarən kənd təsərrüfatı sığortasına da başlanılıb.Baş direktor bildirib ki, bu ilin ilk yarısında kənd təsərrüfatı bitkilərinin sığortası ilə əlaqədar 627  fermer əkin sahələrini sığortalayıb. Onun sözlərinə görə, sığortalanan bitkilərin böyük hissəsi taxıl və kartof sahələri olub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274