SIĞORTA

“Başak İnam”ın vəziyyəti məlum olduğu – SIĞORTA HESABATI
17 AVQUST
290

“Başak İnam”ın vəziyyəti məlum olduğu – SIĞORTA HESABATI

2016-08-17 10:01:00

“Başak İnam” sığorta şirkətinin bu ilin 7 ayı üzrə nəticələri məlum olub. Şirkətdən fins.az-a verilən məlumata görə, yanvar-iyul aylarında toplanan sığorta haqqlarının ümumi həcmi  459 798 manat təşkil edir. Ötən ilin eyni dövrü ilə müqayisədə sığorta yığımları  37,6 % azalıb. Belə ki, ötən il  bu göstərici 736 534 manat təşkil edib. 

Toplanan sığorta yığımlarının böyük hissəsi, yəni 316,6 min manatı əmlakın yanğından və digər risklərdən sığortasına aiddir. Avtomobillərin sığortasından 114,2 min manat sığorta haqqı daxil olub. Sığorta haqlarının digər hissəsi avtomobil sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasından (6 min manat), işə götürənlərin məsuliyyət sığortasından (5,1 min manat), xaricə səfər edənlərin sığortasından (5,8 min manat) və sair sığorta növlərindən daxil olub.

«Başak İnam»ın ödənişləri isə ötən illə müyisədə 3,4 dəfə azalaraq, 109 min manat olub. Belə ki, ötən ilin bu dövründə şirkətin ödənişləri 374 min manat təşkil etmişdi.

Şirkətin məlumatına görə, ödənişlərin böyük hissəsi avtomobillərin sığortasının payına düşüb – 85 min manat. Fərdi qəza və xəstəlik sığortası 11 082 manat, kreditlərin sığortası üzrə 10 624 manat, əmlakın yanğından sığortası üzrə isə 1 548 manat ödəniş edilib.

Sığorta şirkətinin yığımlarına nisbətən  ödənişlərinin kəskin azalması zərərliliyi aşağı salıb. Belə ki, ötən ilin 7 ayının nəticələrinə görə “Başak İnam” topladığı hər 100 manatdan 50,8 manatını müştərilərinə geri qaytarıbsa, bu il bu rəqəm 23,7 manat olub. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275