SIĞORTA

Avtomobil sığortası bazarında nə baş verir? – STATİSTİKA
19 AVQUST
739

Avtomobil sığortası bazarında nə baş verir? – STATİSTİKA

2016-08-19 12:55:00
Bu ilin ilk yarısında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri avtomobil sığortasında 55,2 milyon manat sığorta haqqı toplayıb. Ötən illə müqayisədə avtomobil sığortası ilə bağlı yığımlar 5,1 % artıb. Belə ki, ötən ilin eyni dövründə avtomobillərlə bağlı toplanan sığorta haqqlarının ümumi həcmi 52,5 milyon manat olub. Sığorta yığımlarının 77,5%-i və ya 42,8 milyon manatı avtomobillərin icbari sığortasının, 20,6%-i və ya 11,4 milyon manatı kasko sığortanın, 0,9%-i və ya 985 min manatı avtomobillərin mülki məsuliyyətinin könüllü sığortasının payına düşüb.
 
Sığorta bazarında avtomobil sığortası ilə bağlı ödənişlər yığımlardan fərqli olaraq 9,8% azalıb. Bu ilin yanvar-iyun aylarında 24,9 milyon manat ödəniş verilibsə, ötən il bu rəqəm 27,6 milyon manat təşkil edib. Sığorta ödənişlərinin 69,8%-i və ya 17,4 milyon manatı avtomobillərin icbari sığortasının, 29,7%-i və ya 7,5 milyon manatı kasko sığortanın, 0,5%-i və ya 44,9 min manatı avtomobillərin mülki məsuliyyətinin könüllü sığortası üzrə verilib.
 
Yığımların artması və ödənişlərin azalması öz növbəsində zərərliliyin aşağı düşməsinə də təsir edib. Məsələn, ötən il bazar avtomobil sığortasında toplanan hər 100 manata görə 52,5 manat ödəniş edilibsə, bu ilin eyni dövründə bazaar üzrə zərərlilik 45,1% təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274