SIĞORTA

“PAŞA Həyat” 7 ayın nəticələrini açıqladı – HESABAT
15 AVQUST
206

“PAŞA Həyat” 7 ayın nəticələrini açıqladı – HESABAT

2016-08-15 15:46:00

“PAŞA Həyat” 2016-cı ilin yanvar-iyul ayları üzrə ilkin hesabatını açıqlayıb.

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən fins.az-averilən məlumata görə, cari ilin yanvar-iyul aylarında “PAŞA Həyat” tərəfindən 49,580 mln. manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2015-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 38% çox olub.

Hesabat dövründə baş vermiş müxtəlif sığorta hadisələrinə görə “PAŞA Həyat” tərəfindən 13,567 mln. manat sığorta ödənişi verilib. Nəticə etibarı ilə sığorta ödənişlərinin həcmi ötən ilin yanvar-iyul ayları müqayisədə təxminən iki dəfə artıb.

Bununla yanaşı cari ilin avqust ayının 1-nə şirkətin ümumi aktivlərinin həcmi 156,852 mln. manat, məcmu kapitalı 47,373 mln. manat, o cümlədən nizamnamə kapitalı 40,250 mln. manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271