SIĞORTA

“Xalq Sığorta”nın vəziyyəti məlum oldu – HESABAT
15 AVQUST
270

“Xalq Sığorta”nın vəziyyəti məlum oldu – HESABAT

2016-08-15 11:34:00

“Xalq Sığorta” şirkətinin bu ilin 7 ayı üzrə nəticələri məlum olub. Şirkətdən fins.az-a verilən məlumata görə, ümumi yığımların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 % azalaraq 5 578 871 manat olub. 2015-ci ilin yanvar-iyul aylarında isə şirkət 5 760 883 manat sığorta haqqı toplayıb. Yığımların 2 317 747 manatı könüllü növlərin, 3 261 126 manatı icbari sığorta növlərinin payına düşüb.

Sığorta şirkəti topladığı hər 100 manatdan 60,7 manatını müştərilərinə geri qaytarıb. “Xalq Sığorta”nın yığımlarından fərqli olaraq ödənişləri ötən ilin eyni dövrü ilə müqayisədə  11,6 % artaraq  3 388 134 manat təşkil edib. 2015-ci ilin 7 ayında isə sığorta şirkəti 3 036 524 manat ödəniş edib. Ödənişlərin  2 287 476 manatı icbari sığorta növləri üzrə, 1 100 657  manat könüllü sığorta növlərinin payına düşüb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272