SIĞORTA

Qeyri-həyat sığorta bazarı böyüyüb – STATİSTİKA
15 AVQUST
240

Qeyri-həyat sığorta bazarı böyüyüb – STATİSTİKA

2016-08-15 10:28:00

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 203,4 milyon manatı və ya 71,2 %-i qeyri-həyat sığortasının payına düşüb. Fins.az-ın məlumatına görə, 2015-cü ilin eyni dövrünə nisbətən qeyri-həyat sığortası bazarı 15,2% böyüyüb.

Qeyri-həyat sığortası üzrə yığımların 21%-i və ya 42,9 milyon manatı avtomobillərin icbari sığortasının, 25,6 %-i və ya 52 milyon manatı tibbi sığortanın, 10,3%-i və ya 21 milyon manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 5,6%-i və ya 11,3 milyon manatı kasko sığortasının, 8,2%-i və ya 16,7 milyon manatı daşınmaz əmlakın icbari sığortasının, 26,6%-i və ya 54,1 milyon manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

6 ay ərzində sığorta ödənişlərinin 63,7%-ni və ya 64,6  milyon manatını qeyri-həyat sığortası təşkil edib. Bu isə 2015-cü ilin eyni dövrü ilə müqayisədə 5,1% çoxdur.

Qeyri-həyat sığortası üzrə ödənişlərin 46,7%-i və ya 30,2 milyon manatı tibbi sığortanın, 26,9%-i və ya 17,4 milyon manatı avtomobillərin icbari sığortasının, 11,5 %-i və ya 7,4 milyon manatı kasko sığortasının, qalan 14,9 %-i və ya 9,6 milyon manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 31,7 manatı ödəniş edilib. 2016-cü ilin ilk 6 ayında isə bu rəqəm 34,8 manat olub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272