SIĞORTA

Könüllü sığorta növlərində zərərlilik azalır – STATİSTİKA
12 AVQUST
181

Könüllü sığorta növlərində zərərlilik azalır – STATİSTİKA

2016-08-12 16:06:00
2016-cı ilin yanvar-iyun aylarının nəticələrinə əsasən, Azərbaycanda icbari sığorta bazarı ilə yanaşı, könüllü bazarda da artım müşahidə edilir. Fins.az-ın məlutına görə, könüllü sığorta bazarı 15,5 % böyüyüb. Ötən ilin birinci yarısında könüllü sığorta növləri üzrə ümumi yığımların həcmi 153,3 milyon manat olubsa, bu ilin ilk 6 ayında 177,1 milyon manat sığorta haqqı toplanılıb.
 
Könüllü sığorta bazarının böyüməsi ödənişlərin də artmasına təsir edib. 6 ayda ümumi ödənişin 74%-i və ya 75,1 milyon manatı könüllü sığorta növlərinin payına düşüb.Könüllü sığorta üzrə ödəniş ötən ilin eyni dövrünə nisbətən 4,9 % artıb.
 
Hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqı müqabilində 42,4 manat ödəniş həyata keçirilib.  2015-cü ilin eyni dövründə isə bu göstərici 46,7 manat olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272