SIĞORTA

Palata yüzə yaxın sığorta agentinə xəbərdarlıq edib
12 AVQUST
398

Palata yüzə yaxın sığorta agentinə xəbərdarlıq edib

2016-08-12 14:56:00

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) sığorta bazarında yoxlamalar və monitorinqləri davam etdirir. MBNP özünün mandatı çərçivəsində “Odlar Yurdu Sığorta Brokeri” MMC tərəfindən sığorta qanunvericiliyinin tələblərinə əməl olunmasının müəyyənləşdirilməsi məqsədilə yoxlama tədbirləri həyata keçirmişdir.

 Yoxlama nəticəsində sözügedən cəmiyyətdə müqavilələrin rəsmiləşdirilməsi zamanı qanunvericilik tələblərinə riayət edilməməsi, icbari sığorta müqavilələrinin qanunazidd olaraq endirimlə istehlakçılara təqdim edilməsi, o cümlədən istehlakçılar qarşısındakı vəzifələrin tam icra olunmaması və digər nöqsanlara yol verilməsi faktları aşkar edilib.  

Nöqsanların aradan qaldırılması məqsədilə MBNP tərəfindən “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq “Odlar Yurdu Sığorta Brokeri” MMC-qarşı tələblər irəli sürülüb. 

Bundan əlavə, MBNP digər sığorta vasitəçiləri tərəfindən qanunvericilik tələblərinə riayət edilməsi istiqamətində həyata keçirdiyi monitorinqləri davam etdirir. Monitorinqlərin nəticəsi olaraq yüzə yaxın fiziki şəxs sığorta agentlərinə təqdimatlar verilmiş və onlar tərəfindən qanunvericilik tələblərinin təkrarən pozulması halları aşkar edildikdə, sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaların ləğv olunacağına dair xəbərdarlıq olunub.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272