SIĞORTA

“Standard Insurance”ın vəziyyəti məlum oldu – 7 AYLIQ HESABAT
12 AVQUST
541

“Standard Insurance”ın vəziyyəti məlum oldu – 7 AYLIQ HESABAT

2016-08-12 11:13:00

“Standard İnsurance” sığorta şirkətinin  yanvar-iyul ayları üzrə nəticələri məlum olub. Şirkətdən fins.az-a verilən məlumata görə,  ümumi yığımların həcmi  21,8 % artıb. Ötən ilin ilk 7 ayında 12 014 042 manat sığorta haqqı toplanıbsa, bu il bu rəqəm 104 441 müqavilə üzrə 14 641 692 manata kimi yüksəlib. Sığorta yığımlarının 7 806327 manatı icbari sığorta növlərinin,   manatı isə könüllü sığorta növlərinin payına düşüb. Təkrarsığortaya ötürülən məbləğ isə 9 262 924 manat olub.

Sığorta şirkəti yığımlarının 33,5 %-ni ödəniş olaraq müştərilərinə geri qaytarıb.“Standard İnsurance”ın ödənişləri  10,2 % artaraq 19 455 sığorta hadisəsi üzrə 4 900 577  manat olub.   

Ötən ilin eyni dövründə bu rəqəm 4 446 932 manat olub.Şirkətin ödənişlərinin 2 673 476 manatı icbari sığorta növləri üzrə,  2 226 831manatı isə könüllü sığorta növlərində baş verən hadisələrə görə  verilib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272