SIĞORTA

7 agentlə əməkdaşlığı dayandırdı, işçisini qovdu – SIĞORTA XƏBƏRDARLIĞI
11 AVQUST
1242

7 agentlə əməkdaşlığı dayandırdı, işçisini qovdu – SIĞORTA XƏBƏRDARLIĞI

2016-08-11 17:17:00

Maliyyə Bazarlarına Nəzarət Palatası avtomobillərin icbari sığortası üzrə endirimləri və güzəştlərin qadağan edilməsi ilə bağlı qərarından sonra sığorta şirkətlərinin bir hissəsi bununla bağlı əməkdaşlıq edilən sığorta agentlərinə və satış nümayəndələrinə xəbardarlıq etməyə başlayıblar. Buna hələ 3 ay öncə başlayan “Standard İnsurance” artıq qəti tədbirlərə də keçib.

“Qanunsuz endirimlərə görə səs yazıları dinlənilir”

Belə ki,Fins.az-ın məlumatına görə, “Standard İnsurance” növbəti dəfə bütün əməkdaşlarına və agentlərə  xəbərdarlıq edib. Şirkətin idarə heyətinin sədri Aydın Rəhmanov fins.az-a bildirib ki,  şirkətin 400-ə yaxın satış təmsilcisi fəaliyyət göstərir. Endirimlərin qadağan edilməsi ilə bağlı bütün əməkdaşların və agentlərin məlumatlı olması üçün növbəti və artıq son xəbərdarlığa ehtiyac var idi. Bu addım həm də endirimlərlə bağlı  neqativ halların aradan qaldırılmasına müsbət təsir göstərəcək. A.Rəhmanov son iki ay ərzində qadağalara əhəmiyyət verməyən işçilər və agentlərə qarşı görülən tədbirlərdən də danışıb. Belə ki, şirkət daxilində daxili monitorinq qrupu yaradılıb. Bu qrup  səs yazılarını dinləyərək  işçilərin və sığorta agentlərinin müştərilərlə rəftarlarını analiz edir. Endirim təklif edən, bununla bağlı danışığa getmək istəyən əməkdaşlara əvvəlcə xəbərdarlıq edilir.

“Palataya saxtakar agentlər və qovulan işçilər haqqında məlumatlar veriləcək”

Buna əhəmiyyət verməyən əməkdaşlar qanunvericiliyin tələbinə uyğun olaraq cəzalandırılır.Məsələn, son iki ayda “Standard İnsurance” endirim təklif edən  7 rəsmi fəaliyyət göstərən agentlə əməkdaşlığı dayandırıb. O cümlədən, şirkətin 2 işçisinə töhmət verilib. Bir nəfər işdən azad edilib. Bundan  əlavə işdən çıxarılan şəxslərin sığorta bazarında, maliyyə sektorunda fəaliyyət göstərməsinin qarşısını alınması üçün tədbirlər görülür.A.Rəhmanov bildirib ki, növbəti həftədən etibarən işdən azad edilən  əməkdaşlar və saxtakar sığorta agentləri haqqında Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Sığortaçılar Assosasiyasına məlumat veriləcək.

“Digər şirkətlər saxtakar agentləri  işə cəlb etməməlidir”

A.Rəhmanov hesab edir ki, icbari sığorta bazarında digər şirkətlər də qanunsuz endirimlərin qarşısının alınması üçün birgə fəaliyyətə qoşulmalıdır.Yəni, bir sığorta şirkəti qanunsuz endirim edən sığorta agenti ilə işi dayandırırsa, digər şirkətlər həmin agentlə əməkdaşlıq etməkdən çəkinməlidir.Qanunsuz endirimlərin qarşısı yalnız bu halda  tamamilə aradan qaldırıla bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272