SIĞORTA

Sığorta şirkətinin yığımları 41 dəfə artdı
25 AVQUST
881

Sığorta şirkətinin yığımları 41 dəfə artdı

2016-08-25 12:12:00
“Günay Sığorta” “Buta Sığorta”nın aktivlərinin ötürülməsindən sonra böyüməkdə davam edir.Şirkətin bu ilin 7 ayı üzrə nəticələri məlum olub. Sığorta şirkətindən fins.az-a verilən məlumata görə, ümumi yığımların həcmi bu ilin yanvar-iyul aylarında 41,7 dəfə artıb. 2015-ci ilin ilk yeddi ayında cəmi 50 477 manat sığorta haqqı toplayan “Günay Sığorta”nın bu ilin eyni dövründə topladığı sığorta haqqlarının həcmi 2 109 397 manata qədər yüksəlib. Yığımların 1 278 521 manatı kasko sığortanın, 551 921 manatı əmlak sığortasının, 222 292 manatı fərdi qəza sığortasının payına düşüb. Sığorta şirkəti bundan əlavə tibbi sığorta üzrə 34 221 manat, yük sığortası üzrə 8624 manat və səfər sığortası üzrə 5531 manat sığorta haqqı toplayıb.
 
Sığorta şirkəti yığımlarının cəmi 1,5 %-ni ödəniş olaraq müştərilərinə qaytarıb. Yığımlardan fərqli olaraq şirkətin ödənişləri ötən ilin eyni dövrü ilə müqayisədə 56 % azalaraq 31 063 manat olub. 
 
Qeyd edək ki, ötən ilin yanvar-iyul aylarında “Günay Sığorta” 70 755 manat ödəniş edib. Sığorta ödənişlərinin əsas hissəsi avtomobillə bağlı hadisələrə görə verilib. Şirkətin avtomobillərin təmiriilə bağlı 7 aylıq xərci 23 522 manat təşkil edib. Bundan əlavə könüllü əmlak sığortası üzrə 4477 manat, tibbi sığorta üzrə 3063 manat sığorta pulu verilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274