SIĞORTA

Bankdan çıxarılan pullar nəyə yatırılır?
10 AVQUST
517

Bankdan çıxarılan pullar nəyə yatırılır?

2016-08-10 15:52:00

Azərbaycanda  bankların son vəziyyəti onlara inamı azaldıb. Nəticədə insanların bir qismi pullarını bankdan çıxararaq  ya daşınmaz əmlaka yatırırlar, yəni ev və ya sahibkarlıq obyekti alırlar. Bir hissəsi isə dollara çevirib nağd şəkildə saxlamağa üstünlük verirlər. Bəziləri isə pulu Azərbaycanda  yatırımın nisbətən az tanınan növü olan sığortaya qoymağa başlayıblar.

Fins.az-ın məlumatına görə,  son dövrdə həyat sığortası növlərinə yatırımlara maraq artıb. Bu ilin birinci yarısında könüllü həyat sığorta növləri üzrə nəticələr bunu deməyə imkan verir. 

Statistikadan məlum olur ki, ümumi könüllü həyat sığorta növlərində yığımlar üzrə 35 %, ödənişlərdə isə 19 % artım olub. Həyatın ölüm və yaşam sığortası növlərinə pul yatıranların sayı  xeyli artıb. Bu ilin birinci yarısında bu sığorta növünə yatırılan pulların ümumi həcmi  müvafiq olaraq 21,3 % və 2,04 dəfə artıb.

Məsələn, həyatın ölüm sığortasına yatırılan vəsaitlər 7 963 645 manat artaraq 15 570 472 manat olub. Həyatın yaşam sığortasına ötürülən sığorta haqqlarının ümumi həcmi isə 7 895 665 manat çoxalaraq 45 005 148 manat təşkil edib.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275