SIĞORTA

"Günəşli"də itkin düşən neftçilərə sığorta ödəniləcək
09 AVQUST
220

"Günəşli"də itkin düşən neftçilərə sığorta ödəniləcək

2016-08-09 14:52:00

Ötən ilin dekabr ayında "Günəşli" neft yatağındakı qəza nəticəsində həlak olmuş neftçilərin ailə üzvlərinə sığorta ödənişinin verilməsi davam etdirilir. Fins.az "Report"a istinadən xəbər verir ki, bu barədə “PAŞA Həyat Sığorta” ASC-nin mətbuat xidmətinin rəhbəri Elnur Hüseynquluyev məlumat verib.

Onun sözlərinə görə, indiyə qədər həyatını itirmiş 33 neftçidən 14-nün faydalanan şəxslərinə, yəni ailələrinə sığorta ödənişi həyata keçirilib: "Qalan 19 nəfərin sığorta ödənişi isə məhkəmə orqanlarının itkin düşən şəxslə bağlı çıxardığı yekun qərardan sonra veriləcək. Bu sahədə heç bir problem yoxdur və ödənişlər vaxtında həyata keçirilir”.

E.Hüseynquluyev həmçinin bildirib ki, qəza nəticəsində xəsarət almış 27 neftçidən peşə əmək qabiliyyətini itirmiş 6 nəfərə sığorta ödənişləri verilib. Hazırda şirkətdə yaradılmış işçi qrupu tərəfindən müvafiq dövlət qurumlarından təqdim olunan sənədlər toplanılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275