SIĞORTA

Sığorta şirkəti daha bir filial açdı
09 AVQUST
451

Sığorta şirkəti daha bir filial açdı

2016-08-09 10:31:00

Azərbaycanın yenicə rebrendinq edilmiş sığorta şirkəti olan «Qala sığorta» fəaliyyətini genişləndirir. Sığorta şirkətinin 8-ci nümayəndəliyi Tərtər rayonunda açılıb. Şirkətin rəhbəri Viladi Maniyev fins.az-a bildirib ki, yeni filial artıq  bir həftədir ki, fəaliyyə başlayıb. V.Maniyev bildirib ki,  “Qala Sığorta” da icbari sığorta növlərinin satışını planlaşdırır. Lisenziyanın alınması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edilib:”Qanunvericiliyə görə, icbari sığorta növləri ilə məşğul olan şirkətlərin ölkənin bütün iqtisadi zonalarında filialları olmalıdır.“Qala Sığorta”nın iqtisadi zonalar üzrə 7 nümayəndəliyi fəaliyyətə başlamışdı. Növbəti nümayəndəlik isə Tərtərdə açıldı”.

V.Maniyev bildirib ki, hazırda nümayəndəliklərdə hər hansı bir sığorta satışı həyata keçirilmir. Zərərlərin tənzimlənməsi ilə bağlı müştərilə xidmət göstərilir. İcbari sığorta üzrə lisenziya əldə ediləndən sonra bu  növ üzrə satışlara üstünlük veriləcək. Çünki hazırda bazar üzrə tələbat əsasən avtomobillərin icbari sığortasındadır. Bununla belə şirkət könüllü növlər üzrə də bölgələrə uyğun sığorta məhsulları hazırlayıb satışa çıxarmağı planlaşdırır.

Qeyd edək ki, iyun ayından etibarən “Qala Sığorta”nın  Sumqayıt,Şamaxı,Quba,Gəncə, Şəki, Lənkəran və Bərdədə nümayəndəlikləri fəaliyyət göstərir.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275