SIĞORTA

“Rəvan Sığorta” Palataya müraciət edəcək
08 AVQUST
460

“Rəvan Sığorta” Palataya müraciət edəcək

2016-08-08 16:24:00

“Rəvan Sığorta” şirkəti icbari sığorta satışlarına başlamağı planlaşdırır. Bu barədə fins.az-a şirkətin idarə heyətinin sədri Fərhad Aslanov danışıb. O bildirib ki, kasko sığorta satılan zaman, avtomobillərin icbari sığortasına da təlabat yaranır. Bu baxımdan avtomobillərin icbari sığortasına ehtiyat var. Digər tərəfdən, icbari sığorta ilə bağlı satışların tənzimlənməsi, o cümlədən qanunsuz endirimlərin ləğvi bu sahədə sağlam rəqabətin formalaşmasına şərait yaradır.

Şirkət yeni planlarını həyata keçirəcək

Maliyyə Bazarlarına Nəzarət Palatasının tətbiq etdiyi qadağalar isə icbari avtomobil sığortasının gəlirliliyini artırır. Bütün bunları nəzərə alaraq “Rəvan Sığorta” sentyabr ayında  ilkin olaraq avtomobillərin icbari sığortası ilə bağlı lisenziya üçün Palataya müraciət edəcək. 

“Rəvan Sığorta”nın  yeni nümayəndəlikləri açılacaq

Şirkət rəhbəri bildirib ki, tələblərə əsasən icbari sığorta satışına başlamaq üçün ölkə üzrə hər iqtisadi rayon daxilində bir nümayəndəlik fəaliyyət göstərməlidir. Ona görə də, lisenziya üçün müraciətlə eyni vaxtda bölgələrdə də sığorta şirkətinin 7-8 nümayəndəliyi açılacaq.

“Rəvan Sığorta” növbəti mərhələdə digər icbari sığorta növlərinin satışını da həyata keçirəcək. F.Aslanov bildirib ki, ilin sonuna kimi daşınmaz əmlakın icbari sığortası ilə bağlı lisenziyanın alınması planlaşdırılır.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271