SIĞORTA

Sığorta şirkətinin ödənişləri kəskin artdı – HESABAT
08 AVQUST
300

Sığorta şirkətinin ödənişləri kəskin artdı – HESABAT

2016-08-08 11:35:00
“Atəşgah Həyat” sığorta şirkətinin bu ilin 6 aylıq nəticələrinə görə, vəziyyəti məqbul deyil. Fins.az-ın məlumatına görə, şirkətin yığımları 7,9 % azalaraq cəmisi 19 956 368 manat olub. Ötən ilin yanvar-iyun aylarında isə sığorta şirkəti 21 660 887 manat sığorta haqqı toplayıb.
 
Sığorta şirkətinin yığımlarından fərqli olaraq ödənişlərində kəskin artım (2,07 dəfə ) müşahidə edilir.
 
Məsələn, 2015-ci ilin birinci yarısında həyat sığorta şirkəti 8 038 191 manat ödəniş edib. Bu ilin ilk 6 ayında isə gözlənilmədən “Atəşgah Həyat ”ın ödənişlərinin ümumi həcmi 16 679 922 manata yüksəlib.
 
Bu isə o deməkdir ki, həyat sığorta şirkəti topladığı sığorta haqqlarının 83,5 %-ni müştərilərinə geri qaytarıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275