SIĞORTA

Ən məşhur sığorta şirkətləti – MƏLUM OLDU
08 AVQUST
426

Ən məşhur sığorta şirkətləti – MƏLUM OLDU

2016-08-08 09:28:00

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin iyul ayı üzrə analiz işini yekunlaşdırıb.  

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər. 

Media Təqib Mərkəzi sığorta şirkətləri ilə iyul ayı üzrə məlumatları təqdim edir.

2016-cı ilin iyul ayında elektron mətbuatda, yəni sayt və portallarda sığorta ilə əlaqəli 3241 xəbər yerləşdirilib – 1081 xəbərdə söhbət konkret şirkətdən gedib. Bunlardan 864-üneytral, 217-si isə mənfi xəbərlərdir. Mənfi xəbərlər Alfa İnsurance, Rəvan Sığorta , Başak-İnam Sığorta, Azərqarant Sığorta, Bakı Sığorta şirkətləri – (40 xəbər – 5 sığorta şirkətinin bağlanması iddiaları), Dövlət Sığorta Kommersiya Şirkəti (16 xəbər - şəhid ailələrinə qanunda nəzərdə tutulan sığorta ödənişini – qanpulunu verməkdən imtina edir) və ATA Sığortaşirkətinə (1 xəbər – sığorta şirkətindən şikayət) məxsusdur. İyul ayında bu sektorla əlaqəli elektron mətbuatda müsbət xəbər yerləşdirilməyib. 

Xəbər sayına görə sıralama: 

1. Rəvan Sığorta​​​159 xəbər
2. Alfa İnsurance (Sığorta)​​102 xəbər
3. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi​88 xəbər
4. Bakı Sığorta​​​73 xəbər
5. Atəşgah Sığorta​​​65 xəbər
6. Paşa Sığorta​63 xəbər
7. Paşa Həyat Sığorta​62 xəbər
8. Başak-İnam Sığorta Şirkəti​62 xəbər
9. Azərqarant Sığorta​61 xəbər
10. Dövlət Sığorta Kommersiya Şirkəti​53 xəbər 

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 227xəbər dərc edilib – 89 xəbərdə konkret şirkətin adı qeyd olunub. Bu xəbərlərdən 21-i mənfi, 68-i isə neytral xəbərlərdir. Mənfi xəbərlər Alfa İnsurance, Rəvan Sığorta , Başak-İnam Sığorta, Azərqarant Sığorta, Bakı Sığorta şirkətləri – (4 xəbər – 5 sığorta şirkətinin bağlanması iddiaları) və Dövlət Sığorta Kommersiya Şirkətinə (1 xəbər - şəhid ailələrinə qanunda nəzərdə tutulan sığorta ödənişini – qanpulunu verməkdən imtina edir) məxsusdur. İyul ayında bu sektorla əlaqəli yazılı mətbuatda müsbət xəbər dərc edilməyib.  

Xəbər sayına görə sıralama:

1. Bakı Sığorta​​​​10 xəbər
2. Alfa İnsurance​​9 xəbər
3. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi​8 xəbər
4. Beynəlxalq Sığorta Şirkəti​  ​​7 xəbər
5. Başak-İnam Sığorta Şirkəti​​7 xəbər
6. Atəşgah Sığorta​5 xəbər
7. ATA Sığorta​5 xəbər
8. Rəvan Sığorta​4 xəbər
9. Azərqarant Sığorta​4 xəbər
10. AXA MBASK Sığorta​4 xəbər 

İyul ayında televiziya kanallarında sığorta şirkətlərinə məxsus 3 xəbər göstərilib. 

Xəbər sayına görə sıralama:

1. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi​2 xəbər 

2. Alfa İnsurance (Sığorta)​1 xəbər

Radio kanallarında iyul ayında bu sektorla əlaqəli xəbər verilməyib.

Mənbə: Media Təqib Mərkəzi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271