SIĞORTA

Endirim etdiyinə görə işdən azad olundu
05 AVQUST
2802

Endirim etdiyinə görə işdən azad olundu

2016-08-05 15:44:00

“Azərsığorta” şirkəti Xətai filianın işçisini işdən azad edib. Bu barədə fins.az-a şirkətin idarə heyətinin sədr müavini Aftandil Hacıyev bildirib. Onun sözlərinə görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının icbari sığorta ilə bağlı endirimləri qadağan etməsindən bununla bağlı ciddi iş aparılır.

Belə ki, sığorta satışına rəhbərlik edən işçilərə və sığorta agentlərinə xəbərdarlıq edilib. Amma buna baxmayaraq bəzi işçilər  qanunsuz endirim hallarına yol verib.Belə hallardan biri şirkətin Xətai filialında aşkarlanıb. Satış mütəxəssisi qanunsuz endirim edib. Bu hal aşkar edilib və həmin işçi avqust ayının 1-dən etibarən işdən azad edilib. 

Xatırladaq ki, bir qədər əvvəl sığorta agentinin qanunsuz endirimlərinə göz yuman Xaçmaz və Siyəzən filial müdirlərinə “Azərsığorta”da töhmət verilmişdi. Sığorta agenti ilə əməkdaşlıq isə dayandırılmışdı. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275