SIĞORTA

Sığorta şirkəti 7 nümayəndəlik açır
05 AVQUST
300

Sığorta şirkəti 7 nümayəndəlik açır

2016-08-05 09:56:00

“Günay Sığorta” şirkət 7 nümayəndəlik açır. Şirkətin idarə heyətinin yeni sədri Q.Suvanverdiyev fins.az-a bildirib ki, satışları təkcə Bakıda deyil, regionlarda da inkişaf  etdirməyi planlaşdırırlar. Ona görə də, növbəti həftədən etibarən  şirkətin bölgələrdə nümayəndəlikləri açılmağa başlayacaq.Nümayəndəliklərin Sumqayıtda, şimal və cənub bölgələrində, Şirvan ərazisində, Şəkidə, Gəncədə və Aran zonasında açılması planlaşdırılır.

Eləcə də bax: «Günay Sığorta»nın yeni rəhbərliyi – PLANLARINI AÇIQLADI

Şirkət rəhbəri bildirib ki, əsas məqsəd şirkətə məxsus sığorta məhsullarının, könüllü sığorta növlərinin, o cümlədən lisenziya əldə etdikdən sonra icbari sığortaların satışını həyata keçirməkdir. Q.Suvanverdiyev bildirib ki, regionlarda ucuz kasko məhsulları da satışa çıxarılacaq.Belə ki, şirkət “Buta Sığorta”ya aid  50/50-yə kasko, “Butalı kasko” sığorta məhsullarını da müştərilərə təqdim edəcək. Bununla belə, şirkətin regionlarda yaşayan müştəriləri müraciətlərə baxılması və sığorta hadisələri zamanı artıq Bakıya gəlmək məcburiyyətində qalmayacaqlar.Daha yaxın ərazidəki nümayəndəliyə müraciət edərək sığorta xidmətlərindən yararlana biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274