SIĞORTA

Sığorta şirkətinin ödənişi yığımından 70 % çox olub
04 AVQUST
319

Sığorta şirkətinin ödənişi yığımından 70 % çox olub

2016-08-04 11:22:00

«A-Qroup Sığorta» şirkətinin bu ilin 6 ayı üzrə nəticələri məlum olub. Fins.az-ın məlumatına görə, əsasən tibbi sığorta üzrə ixtisaslaşan şirkətin ümumi yığımlarının həcmi bu ilin yanvar-iyun aylarında 13,4 % azalaraq 2 434 943 manat olub. 

Halbuki,  2015-ci ilin birinci yarısında 2 811 732 manat sığorta haqqı toplanılıb.Şirkətdən fins.az-a verilən məlumata görə, əsas müştərilərlə sığorta müqavilələri adətən ilin sonunda bağlanılır. Bu da aylıq  statistikalarda özünü göstərir. 

Sığorta şirkətinin yığımlarında 70 % artıq ödəniş edib. Bundan əlavə «A-Qroup Sığorta»nın yığımlarından fərqli olaraq ödənişləri ötən illin eyni dövrü ilə müqayisədə  18,5% artıb. Bununla belə 2015-ci ilin birinci yarısında sığorta ödənişlərinin ümumi həcmi 3 493 667 manat olduğu halda, bu ilin eyni dövründə bu rəqəm 4 142 378 manat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271