SIĞORTA

«Günay Sığorta»nın yeni rəhbərliyi – PLANLARINI AÇIQLADI
04 AVQUST
702

«Günay Sığorta»nın yeni rəhbərliyi – PLANLARINI AÇIQLADI

2016-08-04 11:02:00

«Günay Sığorta» şirkətinin yeni planları məlum olub. Belə ki, «Buta Sığorta»nın aktivlərinin «Günay Sığorta»ya ötürülməsindən sonra şirkətdə bir sıra  dəyişikliklər baş verib. Şirkətdə  bir sıra kadr dəyişiklikləri edilib, o cümlədən idarə heyətinə yeni sədr  «Buta Sığorta» şirkətinin əvvəlki idarə heyətinin sədri Qənbər Suvanverdiyev təyin edilib.Şirkətin yeni rəhbəri fins.az-a bildirib ki, «Günay Sığorta» şirkət olaraq hazırda demək olar ki, yenidən qurulur: «Yeni korporativ tələblər əsasında  hazırda işçilər arasında səlahiyyətlər müəyyən edilir və vəzifə bölgüləri tənzimlənir».

«İcbari sığorta ilə bağlı lisenziya alınması üçün müraciət edilib» 

Q.Suvanverdiyevin sözlərinə görə, sentyabr ayından etibarən «Günay  Sığorta» yeni inkişaf mərhələsinə qədəm qoyacaq. Belə ki,  sığorta şirkəti icbari sığorta növlərinin satışını həyata keçirmək niyyətindədir.Bununla bağlı lisenziyanın alınması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edilib. 

«Günay Sığorta»  7 nümayəndəlik açır

Bununla yanaşı, şirkət satışları təkcə Bakıda deyil, regionlarda da inkişaf  etdirməyi planlaşdırır. Q.Suvanverdiyev deyib ki, bununla bağlı növbəti həftədən etibarən  şirkətin bölgələrdə 7 nümayəndəliyi açılmağa başlayacaq.Nümayəndəliklərin Sumqayıtda, şimal və cənub bölgələrində, Şirvan ərazisində, Şəkidə, Gəncədə və Aran zonasında açılması planlaşdırılır. Şirkət rəhbəri bildirib ki, əsas məqsəd şirkətə məxsus sığorta məhsullarının, könüllü sığorta növlərinin, o cümlədən lisenziya əldə etdikdən sonra icbari sığortaların satışını həyata keçirməkdir. Q.Suvanverdiyev bildirib ki, regionlarda ucuz kasko məhsulları da satışa çıxarılacaq. Belə ki, şirkət “Buta Sığorta”ya aid  50/50-yə kasko, “Butalı kasko” sığorta məhsullarını da müştərilərə təqdim edəcək. Bununla belə, şirkətin regionlarda yaşayan müştəriləri müraciətlərə baxılması və sığorta hadisələri zamanı artıq Bakıya gəlmək məcburiyyətində qalmayacaqlar.Daha yaxın ərazidəki nümayəndəliyə müraciət edərək sığorta xidmətlərindən yararlana biləcəklər. 

«Endirimlərin ləğvi icbari sığortada sağlam rəqabət yaradacaq» 

Q.Suvanverdiyev  hesab edir ki, qanunsuz endirim və güzəştlərin Palata tərəfindən qadağan edilməsi sığorta bazarında sağlam rəqabətin formalaşmasına təsir edəcək. Eyni zamanda  icbari sığorta fəaliyyəti ilə məşğul olan istəyən şirkətlər üçün böyük stimul olacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271