SIĞORTA

İcbari tibbi sığorta hansı rayondan başlayacaq? -Təkliflər hazırlanıb
03 AVQUST
368

İcbari tibbi sığorta hansı rayondan başlayacaq? -Təkliflər hazırlanıb

2016-08-03 18:16:00

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ölkəmizdə səhiyyə sahəsində ən böyük islahatlardan sayılan icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı pilot rayonların seçilməsinə dair fəaliyyət planının ilkin mərhələsini hazırlayıb.Fins.az-ın məlumatına görə, agentlik icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı pilot rayonların seçilməsinə dair təkliflərini artıq Nazirlər Kabinetinə göndərib. Hazırda müvafiq dövlət qurumları ilə razılaşma işləri aparılır. Razılıq əldə olunduqdan sonra dövlət səviyyəsində pilot rayonların seçilməsi nəzərdə tutulur.

Pilot layihənin həyata keçirilməsində məqsəd əhalini və tibb müəssisələrini icbari tibbi sığorta sisteminə keçidə hazırlamaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272