SIĞORTA

Sığorta şirkətinin yeni planları var - KAPİTALINI ARTIRIR
03 AVQUST
357

Sığorta şirkətinin yeni planları var - KAPİTALINI ARTIRIR

2016-08-03 11:26:00

«Başak İnam» sığorta şirkəti nizamnamə kapitalını artırır. Şirkətdən fins.az-a verilən məlumata görə, bununla bağlı şirkətin müşahidə şurasının iyul ayının 14-də keçirilən iclasında qərar verilib. 

Qərara əsasən, nizamnamə kapitalı 3 milyon manat artırılaraq 7 milyon manatdan 10 milyon manata çatacaq. Şirkətdən bildirilib ki, nizamnamə kapitalının artırılmasında əsas məqsəd icbari sığorta növləri üzrə fəaliyyətə başlamaq və təkrar sığorta risklərini qəbul etməkdir.

Kapital artımından sonra «Başak İnam»  icbari sığorta növlərinin satışını həyata keçirmək üçün lisenziya ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edəcək.

«Başak İnam»da şirkətin bağlanması ehtimalı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib: «Sığorta şirkəti kapitalını artırır. Bu da fəaliyyətini genişləndirməklə bağlıdır.Bu da o deməkdir ki, sığorta şirkəti bağlanmayacaq».

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272