SIĞORTA

«AzSığorta» nəticələrini açıqladı – HESABAT
03 AVQUST
311

«AzSığorta» nəticələrini açıqladı – HESABAT

2016-08-03 10:46:00

«AzSığorta» şirkəti  bu ilin ikinci rübü üzrə nəticələrini açıqlayıb. Şirkətdən fins.az-a verilən məlumata görə, ikinci rüb ərzində ümumi yığımların həcmi 36,8 % azalaraq  10 355 589 manat olub.  2015-ci ilin eyni dövründə isə  sığorta şirkəti  16 404 328 manat sığorta haqqı toplayıb.  

Sığorta yığımlarının 8 115 313 manatı icbari sığorta növlərinin, 2 240 276 manatı isə könüllü növlərin payına düşüb. Təkrar sığorta üzrə  218 921 manat sığorta haqqı yığılıb.  Təkrarsığortaya ötürülən  məbləğ isə 1 002 305 manat təşkil edib.

Sığorta şirkəti 2016-cı ilin 2-ci rübündə 3 372 035 manat sığorta ödənişi həyata keçirib.Bu da ümumi yığımlarının 32,5 %-ni təşkil edib.Ötən ilin eyni dövrü ilə müqayisədə sığorta ödənişlərinin həcmi 9,4 % az olub.

«AzSığorta»nın ödənilmiş nizamnamə kapitalı  20 300 000 manat olub. Hesabat dövrü üzrə balans mənfəəti 2 142 314 manat təşkil edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275