SIĞORTA

Sığorta şirkəti zəlzələdə dağılan evlərə – ÖDƏNİŞ VERƏCƏK
02 AVQUST
492

Sığorta şirkəti zəlzələdə dağılan evlərə – ÖDƏNİŞ VERƏCƏK

2016-08-02 18:05:00

Avqustun 1-də respublika ərazisində baş verən zəlzələyə görə, sığorta şirkətlərinə müraciətlər davam edir. Fins.az-ın məlumatına görə, belə müraciətlər bölgələrldə fəaliyyət göstərən şirkətlərə daha çox daxil olmaqdadır.

AXA Mbask şirkətindən fins.az-a bildirilib ki, artıq zəlzələ ilə bağlı şirkətə itki müraciət daxil olub. Müraciətlər İmişli və Zərdabdakı fərdi evlərin zəlzələdən zərər çəkməsi ilə bağlıdır: «Müraciətlərdən biri İmişli şəhərində yerləşən fərdi evin, digəri isə Zərdab rayonunun mərkəzindəki fərdi evin zərzələdən zərər çəkməsi ilə bağlıdır. Bu evlər bizim şirkətdə icbari sığortalanıblar. Hazırda qəza komissarlarımız dəymiş zərəri hesablamaqdadır».

Zərərin məbləği tam məlum olduqdan sonra ödəniş veriləcək. Qeyd edək ki, icbari sığorta qaydalarına görə, regionlarda mənzillərin və evlərin illik sığortası 30 manata başa gəlir. Bu məbləğ müqabilində evləri çoxsaylı risklərdən, o cümlədən, yanğın və zərzələdən dəyən zərərdən 15 min manat məbləğində sığortalamaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272