SIĞORTA

"AzSığorta" zəlzələ ilə əlaqədar operativ qərargah açıb
01 AVQUST
396

"AzSığorta" zəlzələ ilə əlaqədar operativ qərargah açıb

2016-08-01 16:33:00

Bu gün Azərbaycan ərazisinə baş verən zəlzələdən dərhal sonra Ağsu, Fizuli, İmişli, Şirvan və Beyləqan rayonlarından "AzSığorta" şirkətinə 17 müraciət daxil olub.

Şirkətdən Fins.az-a verilən məlumata görə, daxil olmaqda olan müraciətlərə operativ reaksiya göstərmək və ən qısa zamanda zərərlərə qiymət vermək məqsədilə şirkət zəlzələ nəticələri ilə iş üzrə operativ qərargah açıb.

Müraciətlər həmçinin *6565 nömrəsi ilə qəbul edilir.

"Bütün müraciətlərə ən qısa zamanda baxılacaq. Biz çalışırıq ki, bu cür hadisələrə vaxtında reaksiya verək. Tənzimləmə prosesin tezləşdirilməsi üçün operativ qrup təşkil etmişik. Bu, bizim təcrübəmizdə ilk belə hal deyil. Belə ki, keçən il Şəkidə baş vermiş zəlzələ vaxtı biz eyni addımları atmışdıq", - deyə "AzSığorta"nın Direktorlar Şurasının sədri Aleksandr Kananadze bildirib.

Xatırladaq ki, bu gün səhər saatlarında İmişli rayonunda zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələnin maqnitudası 5,6 bal təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275