SIĞORTA

İlin əvvəlindən icbari sığorta olunanlar artıb
01 AVQUST
110

İlin əvvəlindən icbari sığorta olunanlar artıb

2016-08-01 11:38:00

2016-cı ilin yanvar-iyul ayları ərzində Azərbaycanda avtomobillərin icbari sığortası üzrə 628 352 sığorta müqaviləsi bağlanıb. Fins.az-ın məlumatına görə, bağlanılan müqavilələr üzrə 50 milyon manat sığorta haqqı yığılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 6 %, sığorta haqlarının məbləğində isə 9 % artım baş verib.

2016-cı ilin yanvar-iyul ayları ərzində avtomobillərin icbari sığortası üzrə sığorta şirkətləri tərəfindən 10 988 sığorta tələbi üzrə 14 milyon manata yaxın məbləğdə sığorta ödənişi həyata keçirilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta ödənişlərinin məbləğində 4 % azalma müşahidə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270