SIĞORTA

Rusiyaya avtomobillə gedənlər üçün – YENİLİK
01 AVQUST
467

Rusiyaya avtomobillə gedənlər üçün – YENİLİK

2016-08-01 10:44:00

İcbari Sığorta Bürosu Rusiyaya avtomobilə səyahət edənlər üçün açıqlama yayıb. Büro bildirir ki, 23 iyun 2016-cı il tarixində İcbari Sığorta Bürosu ilə Rusiya Avtosığortaçılar İttifaqı arasında Yaşıl Kart sistemi çərçivəsində sənədlərin qarşılıqlı tanınmasına dair imzalanmış ikitərəfli sazişə əsasən 1 avqust 2016-cı il tarixindən etibarən Azərbaycanda qeydiyyatdan keçmiş avtomobil sahibləri Rusiyaya səyahət etdikdə həmin ölkədə keçərli olan Azərbaycan Yaşıl Kartını əldə edə biləcəklər. Eyni qaydada Rusiyada qeydiyyatdan keçən avtonəqliyyat vasitəsi sahibləri Azərbaycana səyahət etdikdə Azərbaycanda etibarlı olan Yaşıl Kartı əldə edə biləcəklər.

«Rusiyaya səfər etmək istəyən vətəndaşlar 1 avqust 2016-cı il tarixindən öncə rəsmiləşdirilən və qüvvədə olan Azərbaycan Yaşıl Kartlarını ( Türkiyə və İran İslam Respublikası ərazisində etibarlı olan Yaşıl Kartlar istisna olmaqla) sığorta müqaviləsini rəsmiləşdirən sığorta şirkətlərinə təqdim etməklə yeni blankda çap edilmiş və üzərində Rusiyanın beynəlxalq ölkə kodu (RUS) açıq olan Azərbaycan Yaşıl Kartları ilə ödənişsiz olaraq dəyişdirə bilərlər».

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271