SIĞORTA

Mərkəzi Bank sığortaçı axtarır
01 AVQUST
494

Mərkəzi Bank sığortaçı axtarır

2016-08-01 10:27:00

zərbaycan Mərkəzi Bankı (AMB) öz əməkdaşlarının tibbi sığortalanması üzrə açıq tender keçirir. Fins.az-ın Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, şirkət noyabrın 27-dən başlayaraq bir il müddətinə xidmət göstərməlidir.

İddiaçı tender təklifi və tender təklifinin bank təminatını sentyabrın 14-ü saat 18.00-dək, digər tələb olunan sənədləri isə ən geci sentyabrın 1-i saat 18.00-dək AMB-nin Bakı şəhəri, R.Behbudov küçəsi,32 ünvanda yerləşən inzibati binasına təqdim etməlidir. İştirak haqqı 150 manatdır.

Tender proseduru sentyabrın 15-də Mərkəzi Bankın inzibati binasında keçiriləcək.

*** 

Azərbaycan Respublikası Mərkəzi Bankının əməkdaşlarının tibbi sığortalanması üzrə TENDER ELANI

1. Azərbaycan Respublikasının Mərkəzi Bankı öz əməkdaşlarının tibbi sığortalanması üzrə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq açıq tender keçirir.

Tender proseduru 15 sentyabr 2016-cı il tarixində saat 16.00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 32) keçiriləcəkdir.

2. Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:

- tenderdə iştirak üçün ərizə;

- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notariat qaydasında təsdiq edilmiş surətləri;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı;

- iki nüsxə (əsli və surəti) Azərbaycan dilində tender təklifi (Tender təklifi 27 oktyabr 2016-cı il tarixinədək qüvvədə olmalıdır);

- tender təklifinin qiymətinin 1 (bir) %-i məbləğində bank təminatı (Əsas şərtlər toplusuna əlavə edilən bank qarantiyası formasında);

- iddiaçıya Azərbaycan Respublikasında sığorta fəaliyyətini həyata keçirmək hüququ verən xüsusi razılığın (lisenziyanın) və tibbi sığorta fəaliyyətinin həyata keçirilməsinə icazənin surəti;

- son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

- iddiaçının 2015-ci il üzrə auditor rəyi ilə təsdiq edilmiş maliyyə hesabatı və 2016-cı ilin rüblük Maliyyə Hesabatlarının surətləri;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış;

- iddiaçının tibbi sığorta fəaliyyəti sahəsində ən azı 3 (üç) il təcrübəsinin olmasını və bu sahədə korporativ müştərilərə göstərilən xidmətlər haqqında məlumatları əks etdirən sənəd (tenderin əsas şərtlər toplusuna əlavə olunan formada);

- sığorta qanunvericiliyinə uyğun olaraq onunla əlaqəli şəxs olmayan və ya iddiaçı üzərində əhəmiyyətli nəzarəti həyata keçirməyən ən azı 2 (iki) korporativ müştəri tərəfindən verilən tövsiyə məktubu;

- tenderin əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumatlar.

3. İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 14 sentyabr 2016-cı il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 01 sentyabr 2016-cı il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 32 ünvanda yerləşən inzibati binasına təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.

4. İştirak haqqı 150 (bir yüz əlli) manatdır. Tenderdə iştirak haqqı Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına köçürülməlidir:

Müxbir hesab AZ74NABZ01451700000000001944 kod 501004

Açıq tender üzrə hesablaşma hesabı AZ25NABZ01701190000000001944

VÖEN 9900071001 S.W.I.F.T. BİK NABZAZ2C

Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamenti.

5. Xidmətin göstərilməsinə başlanma vaxtı: 27.11.2016-cı il tarixdən.

Xidmətin göstərilməsi müddəti: 12 (on iki) ay.

6. Qiymətləndirmə meyarları: maliyyə amili, xidmətlər paketi üzrə sığorta şərtləri.

7. Tenderdə iştirak etmək istəyən sığorta şirkətləri iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 32 ünvanda yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş Tenderin əsas şərtlər toplusunu əldə edə bilərlər.

Tender üzrə əlaqələndirici şəxs:

Hüquq departamentinin əməkdaşı: Əfqan Baxışov (afgan_bakhishov@cbar.az, Tel: 4931122 (daxili 482)

İnsan resursları departamentinin əməkdaşı: Aynurə Salihova aynura_salihova@cbar.az, Tel: 4931122 (daxili 225).

Tender komissiyası

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274