SIĞORTA

İcbari sığortalanan avtomobillər azalıb
01 AVQUST
210

İcbari sığortalanan avtomobillər azalıb

2016-08-01 10:00:00

2016-cı ilin iyul ayında Azərbaycanda avtomobillərin icbari sığortası üzrə 102 485 müqavilə bağlanıb. Fins.az-ın məlumatına görə, bunların 15 550-si xarici ölkədə qeydiyyata alınmış və Azərbaycandan tranzitlə keçən avtomobillər olub.

2016-cı ilin iyun ayı ərzində standart və sərhəd sığorta müqavilələri üzrə 8 milyon manat sığorta haqqı yığılıb. 2015-ci ilin iyul ayı ilə müqayisədə sığorta müqavilələrinin sayı 11,4%, sığorta haqlarının məbləği isə 15,6% azalıb.

İyul ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə orta sığorta haqqı məbləği cari ilin iyun ayı ilə müqayisədə 1,9% azalaraq 77,9 manat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275