SIĞORTA

“Günay Sığorta”dan çıxarılmağımla bağlı iddialar əsassızdır”- AÇIQLAMA
29 İYUL
791

“Günay Sığorta”dan çıxarılmağımla bağlı iddialar əsassızdır”- AÇIQLAMA

2016-07-29 14:02:00
Bir qədər əvvəl aktivləri “Günay Sığorta”ya ötürülən “Buta Sığorta”nın idarə heyətinin sədr müavini Süleyman Zeynallı onun işdən çıxarılması ilə bağlı mətbuatda yer alan iddiaları təkzib edib. S.Zeynallı fins.az-a bildirib ki, onun işdən çıxarılması ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır.
Belə ki, “Günay Sığorta”nın idarə heyətinin formalaşması məsələsi gündəmə gələndə şirkət rəhbərliyi tərəfindən ona idarə heyətində təmsil olunmaq təklif edilib.Lakin iş şərtləri və səlahiyyətlərin bölgüsü qaneedici olmayıb. Ona görə də “Günay Sığorta”da işləməkdən imtina edib və iyul ayının 21-dən etibarən işdən çıxıb. Buna baxmayaraq “Günay Sığorta” rəhbərliyi ilə münasibətlər qaydasındadır. Amma dəqiqləşdirmədən yanlış informasiyalar yayan bəzi media qurumları bununla imiclərinə xərər gətirirlər. S.Zeynallı hazırda sığorta bazarından işlə bağlı artıq bir neçə təklif aldığını və istirahət müddəti yekunlaşandan sonra bu təkliflər üzərində seçim edəcəyini əlavə edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275