SIĞORTA

Sığorta şirkətlərinin sayının azaldılmasına ehtiyac varmı? – RƏY
29 İYUL
318

Sığorta şirkətlərinin sayının azaldılmasına ehtiyac varmı? – RƏY

2016-07-29 09:19:00

Ekspert sığorta bazarının hazırkı vəziyyətini qənaətbəxş hesab etmir.

“Hazırda təəssüflər olsun ki, sığorta bazarının vəziyyətini qənaətbəxş hesab etmək çətindir. Bir tərəfdən devalvasiya nəticəsində sığorta şirkətlərinin göstərdiyi xidmətlərin dəyərinin (avtomobil ehtiyat hissələrinin, tibbi xidmətlərin və dərmanların dəyərinin) artması problemi, digər tərəfdən də insanların gəlirlərinin azalması səbəbindən sığortaya ayıracaqları vəsaiti beşinci plana atmaları problemi mövcuddur”.

Fins.az Oxu.z-a istinadən xəbər verir ki, bu barədə açıqlamasında sığorta bazarı üzrə ekspert Mustafa Abbasbəyli deyib.

Bir tərəfdən də bank sektorunda olan problemlərin zəncirvari şəkildə sığorta sektoruna təsiri problemi var. Burada bağlanan və bağlanmaqda olan banklarda olan sığorta şirkətlərinin maliyyə vəsaitlərinin geri alınmasında olan problem nəzərdə tutulur. Eyni zamanda, banklarda kreditləşmə səviyyəsinin çox aşağı düşməsi nəticəsində sığortaya da olan ehtiyacın azalması problemi nəzərdə tutulur”.

M.Abbasbəyli qeyd edib ki, hazırda bazarda sığorta şirkətlərinin sayı çoxdur:

“O ki qaldı sığorta şirkətlərinin sayı məsələsinə, baxmayaraq ki, son illərdə üç sığorta şirkətinin lisenziyası geri alınıb, yenə də sığorta şirkətlərinin sayının çox olduğu qənaətindəyəm.
Mətbuatda adıçəkilən beş sığorta şirkəti, digər şirkətlər ilə müqayisədə nisbətən kiçik şirkətlərdir.

Əgər Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) doğrudan da sığorta şirkətlərinin sayının azalması yönümündə addım atacaq olsa, qeyd olunan beş sığorta şirkətin lisenziyasının geri alınması məqsədəuyğun olardı”.

Onun sözlərinə görə, burada əsas məsələ bağlanan şirkətlərdə çalışan əməkdaşların aqibətidir. Bununda çıxış yolu, bağlanacaq şirkətlərin müvafiq sığorta portfelləri hansı şirkətə ötürüləcəksə, əməkdaşlarda həmin şirkətdə işlə təmin oluna bilərlər.

Qeyd edək ki, bundan öncə Palatanın beş sığorta şirkətinin – “Bakı Sığorta”, “Alfa Sığorta”, “Rəvan Sığorta”, “Başak İnam” və “Azərqarant Sığorta” şirkətlərinin lisenziyasının ləğvi ilə bağlı Maliyyə Sabitliyi Şurasına müraciət etdiyi barəsində mətbuatda informasiya getmişdi. Düzdür, sonradan Palata qeyd olunan məlumatı təkzib etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272