SIĞORTA

Sığorta şirkəti kapitalını artırır
28 İYUL
321

Sığorta şirkəti kapitalını artırır

2016-07-28 11:29:00

«Günay Sığorta» şirkəti nizamnamə kapitalını artırır.Şirkətdən fins.az-a verilən məlumata görə, nizamnamə kapitalı  avqust ayının 15-nə kimi 1 300 000 min manat həcmində artırılacaq. 

Bunun üçün şirkət Vergilər Nazirliyi və digər aidiyyatı dövlət qurumlarından qeydiyyatdan keçməyə başlayıb. Şirkətdən bildirilib ki, 1000 manat dəyərində 1300 səhm buraxılacaq. 

Qeyd edək ki, hazırda «Günay Sığorta»nin nizamnamə kapitalı 7,7 milyon manat təşkil edir. Nizamnamə kapitalı artırıldıqdan sonra bu məbləğ 9 milyon manata qalxacaq. 

Qeyd edək ki, kapitalın artırılması “Buta Sığorta”nın portfelinin  ötürülməsi nəticəsində şirkətin aktivlərinin artmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271