SIĞORTA

«Sənaye Sığorta»nın vəziyyəti məlum oldu – HESABAT
28 İYUL
251

«Sənaye Sığorta»nın vəziyyəti məlum oldu – HESABAT

2016-07-28 10:11:00

«Azərbaycan Sənaye Sığorta» şirkətinin bu ilin ilk yarısı üzrə vəziyyəti məlum olub. Fins.az-ın məlumatına görə, yanvar-iyun aylarının nəticələrinə əsasən şirkətin ümumi yığımlarının həcmi 45,4 % azalaraq 2 702 307 manat olub.

2015-ci ilin birinci yarısında isə sığorta şirkəti 4 946 408 manat sığorta haqqı toplaya bilmişdi.

Sığorta şirkəti yığımlarının 58,7 %-ni ödəniş olaraq müştərilərinə geri qaytarıb. «Azərbaycan Sənaye Sığorta»nın yığımları ilə yanaşı ödənişləri 28 % azalaraq 1 587 423 manat olub. 2015-ci ilin 6 ayında isə sığorta şirkəti müştərilərinə 2 205 645 ödəniş etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272