SIĞORTA

Müştərilər hansı sığortanı daha çox alır? - AÇIQLAMA
26 İYUL
352

Müştərilər hansı sığortanı daha çox alır? - AÇIQLAMA

2016-07-26 11:44:00

Sığorta bazarında  agent və agentliklərlə yanaşı, müştəri tərəfindən çıxış edən sığorta brokerləri də fəaliyyət göstərir. Brokerlər müştərilərə onların istəklərinə uyğun sığorta məhsulları təqdim edirlər. Bəs sığorta müştəriləri brokerə daha çox nəyə görə müraciət edirlər?

Daha çox icbari sığorta alırlar

“Odlar Yurdu Sığorta Brokeri” MMC-nin rəhbəri Fatimə Hüseynova fins.az-a bildirib ki, hazırda bazar üzrə daha çox tələbat avtomobillərin icbari sığortası ilə bağlıdır. Əvvəllər  müştərilər müraciət edərək daha çox endirimlərlə bağlı maraqlanırdılar və nəticə etibarı ilə çoxsaylı müştəriləri itirirdik. Hazırda isə icbari sığorta ilə bağlı endirim və güzəştlər ləğv edildiyindən  sonra keyfiyyətli sığorta xidməti göstərən şirkət seçiminə üstünlük verirlər.

Müştərilər üçün hər həftə şirkətlərin reytinqini hazırlayırıq

Fatimə Hüseynova bildirib ki, keyfiyyət göstəricisinin müəyyən edilməsi üçün hər həftə  müştərilər arasında sorğu keçirilir.Sorğu əsasında sığorta şirkətlərinin reytinqi müəyyən edilir.Həm icbari, həm də könüllü növsığorta almaq istəyən müştərilərə də bu reytinq təqdim edilir.Müştərilər də sığorta şirkəti seçərkən bu reytinqdən istifadə edə bilirlər. Ənənəvi müştərilər isə daha çox öz təcrübələrinə üstünlük verirlər. Yəni, əvvəlcə avtomobilini sığortaladığı şirkət vaxtında, müştərini narazı salmadan, məbləğində mübahisə yaratmadan ödəniş edirsə, müştəri yenidən eyni sığorta şirkətində avtomobilini sığortalamağa üstünlük verirlər.

Sürücülərin 80-90%-i ucuz kaskoya üstünlük verir

Kasko sığorta almaq istəyən müştərilər isə daha çox məhdud təminatlı sığorta məhsullarına üstünlük verirlər. F.Hüseynovanın sözlərinə görə, bazar üzrə qiyməti 10 min manata qədər olan avtomobillər üstünlük təşkil edir. Bu da müştərilərin seçimlərində daha çox özünü göstərir. Yəni, 100 min manatlıq avtomobil sürən müştəri üçün 5 min manatlıq sığorta təminatı əlverişlı deyil.Amma 10 min manatlıq avtomobil sürən müştəri üçün bu sığorta məhsulu cəlbedici və münasibdir.Onun sözlərinə görə, 10 min manatadək sığorta dəyəri olan avtomobil sahiblərinin 80-90%-i məhdud təminatla kasko sığortasını seçirlər.

 Məhdud təminatla kasko təklif edirik

Bundan əlavə sığorta şirkətləri bəzi məhdud təminatlı kasko sığorta məhsullarını yalnız “Odlar Yurdu Sığorta Brokeri”nə təqdim edir. Müştərilər də bu məhsulları almaq üçün bizə müraciət edirlər. Məsələn, buna “Sadə Kasko” sığorta məhsulu misal göstərmək olar. Sığorta məhsulu 2 variantda müştərilərə təqdim edilir. Birinci variant  üzrə il ərzində bir dəfə baş verən sığorta hadisəsinə görə ödəniş edilir. Avtomobili 2 min manat təminatla sığortalamaq istəyənlər bunun üçün 85 manat, 3000 manat üçün 130 manat, 5 min manat üçün 235 manat kasko sığorta haqqı ödəyir. Ödəniş limitinin bir neçə dəfə olmasını istəyənlər isə bunun üçün bir qədər artıq sığorta haqqı ödəməlidirlər. Məsələn, 2000 manatlıq sığorta üçün  115 manat, 3 min manat təminat üçün  170 manat, 5 min manatlıq kasko üçün 315 manat sığorta haqqı ödənilməlidir.

F.Hüseynova bildirib ki, kasko sığorta alıcılarının qalan hissəsi isə qiymətə  deyil, sığorta şirkəti seçiminə üstünlük verir. Qiymətdən asılı olmayaraq, tam sığortanı əvvəl aldığı şirkətdən sifariş edirlər.

Səyahət sığortasını  ucuz satan şirkətdən sifariş edirlər

Ötən illə müqayisədə bu il səyahətə gedənlər xeyli artıb. Bu səyahət sığortaları ilə bağlı müraciətlərdə də özünü göstərir.Broker rəhbərinin sözlərinə görə, zəng vurub səhayət sığortası ilə maraqlananlar 2 dəfəyə yaxın artıb. Onun sözlərinə görə, səyahət sığortası adətən səfirliklərin tələbinə görə alındığı üçün müştərilər daha çox qiymətə üstünlük verirlər.Yəni, bu sığortanı kim daha münasib şərtlərlə təklif edirsə,  həmin şirkətdən sifariş etməyə üstünlük verilir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275