SIĞORTA

Bakı Sığorta: Yayılan xəbərlər tamamilə əsassızdır
25 İYUL
575

Bakı Sığorta: Yayılan xəbərlər tamamilə əsassızdır

2016-07-25 19:01:00

“Bakı Sığorta” ASC , guya bağlanacağı barədə yayılmış xəbərlərə münasibət bildirib. Şirkətin İdarə Heyəti sədrinin vəzifəsini əvəz edən Ramin Məmmədov bildirib ki, yayılan məlumatların heç bir əsası yoxdur:

“Son dövrlər “Bakı Sığorta”nın bağlanması və ya birləşməsi haqqında çıxan yazılar tamamən əsassızdır. “Bakı Sığorta” ASC-nin kapitalı tələb olunan məbləğdən çoxdur, likvidlik və məcmu kapital çətinliyi yoxdur. 8,9 milyon manat nizamnamə kapitalına malik olan şirkətimiz, 2015-ci ili və 2016-cı ilin ikinci rübünü mənfəətlə başa vurub. 2016-cı ilin ikinci rübündə 235 000 manat mənfəət açıqlamışıq. Həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatasının tələblərinə və göstərişlərinə əməl edirik”.

Eləcə də bax: Azərbaycanda 5 sığorta şirkəti bağlana bilər - YENİLƏNİB - PALATADAN AÇIQLAMA

Ramin Məmmədov əlavə etdi ki, “Bakı Sığorta” könüllü sığorta növləri üzrə müştərilərinə yüksək səviyyədə xidmət göstəməkdə davam edir”.

Mənbə: Marja.az 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272