SIĞORTA

Azərbaycanda 5 sığorta şirkəti bağlana bilər - YENİLƏNİB - PALATADAN AÇIQLAMA
25 İYUL
2815

Azərbaycanda 5 sığorta şirkəti bağlana bilər - YENİLƏNİB - PALATADAN AÇIQLAMA

2016-07-25 16:27:00

Azərbaycanda 5 sığorta şirkəti bağlanacaq. Fins.az-ın əldə etdiyi məlumata görə, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bankların sağlamlaşdırılması ilə yanaşı, sığorta şirkətlərinin də sağlamlaşdırılması prosesinə başlayıb.

Belə ki, Palata 5 sığorta şirkətinin- “Bakı Sığorta”, “Alfa Sığorta”, “Rəvan Sığorta”, “Başak İnam” və “Azərqarant Sığorta” şirkətlərinin lisenziyasının ləğvi ilə bağlı Maliyyə Sabitliyi Şurasına müraciət edib. İyul ayının sonuna kimi sığorta şirkətlərinin lisenziyasının ləğvi ilə bağlı qərarın veriləcəyi bildirilir. 

Adı çəkilən şirkətlərin lisenziyaları ləğv edilsə də, sığorta brokeri və ya agenlik kimi fəaliyyət göstərmə seçimləri olacaq. 

Qeyd edək ki, bundan əvvəl iyul ayının 22-də Palata 4 bankın ("Zaminbank", "Dekabank", "Kredobank" və "Parabank") lisenziyasının ləğv edilməsi ilə bağlı qərar qəbul edib.

Maliyyə Bazarlarına Nəzarət Palatası 5 sığorta şirkətinin bağlanmasına dair Maliyyə Sabitliyi Şurasına müraciət etməsi barədə məlumatı təkzib edir. Palatanın Direktorlar Şurasının sədrinin müşaviri Rüfət Abbasov fins.az-a bildirib ki, palata sığorta şirkətlərinin bağlanması üçün heç bir orqana müraciət etməyib. «Bu barədə yayılan məlumat da əsassızdır»-deyə R.Abbasov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272