SIĞORTA

Çevrilişdə ziyan dəyən avtomobillərə sığorta ödənişi - VERİLƏCƏK
25 İYUL
169

Çevrilişdə ziyan dəyən avtomobillərə sığorta ödənişi - VERİLƏCƏK

2016-07-25 11:11:00

Türkiyədə çevriliş cəhdi zamanı tankların altında əzilərək ziyan dəyən avtomobillərə görə sığorta ödənişi veriləcək. Fins.az-ın məlumatına görə, Türkiyə Sığortaçılar Birliyi (TSB) bununla bağlı açıqlama yayıb. Birliyin məlumatına görə, avtomobillərə dəyən ziyan kasko sığorta təminatına daxil deyil. Amma Türkiyə sığorta   şirkətlərinin böyük hissəsi ziyan dəyən müştərilərinə “jest ödəməsi” edəcəklər.Beynəlxalq sığorta təcrübəsində buna “ex gratia”  deyilir. Sığorta şirkətləri  təminata daxil olmasa da, müştərilərinin rəğbətini qazanmaq , biznes imici üçün dəyən ziyanın hamısı və ya bir hissəsini qarşılayırlar. Hazırda sığorta şirkətləri müştərilərinə dəyən zərərləri hesablayırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274