SIĞORTA

Haker hücumu ilə bağlı sığorta şirkətindən - AÇIQLAMA
25 İYUL
296

Haker hücumu ilə bağlı sığorta şirkətindən - AÇIQLAMA

2016-07-25 09:46:00

“Rəvan Sığorta” şirkətinin saytı fəaliyyətini bərpa edib. Qeyd edək ki, iyul ayının 23-də "Nürgün Group" şirkətlər qrupunun tərkibinə daxil olan bir sıra şirkətlərin, o cümlədən “Rəvan Sığorta”nın saytına hakerlər hücumu olub. Hücum özünü İŞİD terror təşkilatının haker qrupu kimi qələmə verən "Team System Dz" tərəfindən həyata keçirilib.“Rəvan Sığorta” şirkətinin  departament müdiri Mail Nuriyev fins.az-a bildirib ki, haker hücumu  “Rəvan Sığorta”nın saytının da daxil olduğu serverə edilib.Yəni, təkcə  sığorta şirkətinin saytına deyil, xeyli sayda saytlara ziyan dəyib. Onun sözlərinə görə, M.Nuriyev bildirib ki, haker hücumu şənbə günü təşkil edilib. Həmin gün isə qeyri-iş olduğundan  şirkətin fəaliyyətinə hər hansı bir təsiri olmayıb. Bir neçə saatdan sonra saytın fəaliyyəti bərpa olunub.   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274