SIĞORTA

Palatadan sığorta agentlərinə növbəti - XƏBƏRDARLIQ
23 İYUL
790

Palatadan sığorta agentlərinə növbəti - XƏBƏRDARLIQ

2016-07-23 11:59:00

İyulun 22-də Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Sığorta Bazarına Nəzarət Departamentinin rəhbərliyi ilə sığorta bazarının vasitəçiləri arasında görüş keçirilib. 

Palatadan fins.az-a verilən məlumata görə, görüşdə sığorta sektorunda risklərin azaldıması və əhalinin sığorta sisteminə olan etimadının qorunmasına dair inkişaf istiqamətləri müzakirə edilib, yüksək endirimlər nəticəsində sığorta təzminatlarının ödənilməsi zamanı sığortaçılar tərəfindən maneələrin yaradılması və istehlakçıların hüquqlarının pozulması hallarının qarşısının alınmasının vacibliyi bildirilib.

Sığorta iştirakçılarının məlumatlandırılması və maarifləndirilməsi MBNP-nın prioritet istiqamətlərindən biri olduğunu nəzərə alaraq, görüşdə iştirak edən sığorta vasitəçilərinə icbari sığorta bazarında yüksək komisyon mükafatları və endirimlərə dair mövcud qadağalar barədə məlumat verilib.

Həmçinin, sığorta vasitəçilərinin icbari sığorta bazarında bir sıra sığorta şirkətlərinin dempinq siyasəti alətinə çevrilməməsi üçün onlara praktik məsləhətlər və beynəlxalq təcrübəyə əsaslanan tövsiyələr verilib. Məlumatda qeyd edilir ki, ölkə iqtisadiyyatının yeni inkişaf strategiyası sığorta sektoru qarşısında yeni çağırışlar yaradır, bazar intizamlılığı və etik davranış qaydalarına riayət olunmasını zəruriləşdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275