SIĞORTA

Sığorta bazarında vəziyyət – 14 ŞİRKƏTDƏ YIĞIMLAR AZALIB
21 İYUL
354

Sığorta bazarında vəziyyət – 14 ŞİRKƏTDƏ YIĞIMLAR AZALIB

2016-07-21 12:25:00

Azərbaycanın sığorta şirkətlərinin 2016-cı ilin 1-ci yarısının nəticələri üzrə sığorta yığımları açıqlanıb. Maliyyə Bazarlarına Nəzarət Palatasından fins.az-a verilən məlumata görə, bu dövrdə ölkədəki 25 sığopta şirkətindən 14-nün yığımları azalıb, 11 şirkətin yığımları isə artıb.

Bu dövrdə ən böyük azalma «Amrah sığorta»da qeydə alınıb – şirkətin yığımları 10,1 dəfə azalaraq 450 min manatdan 44,5 min manata düşüb. Yığımları ən çox azalan şirkətlər “Bakı Sığorta” ASC (2,74 dəfə azalıb), “Alfa Sığorta” ASC (2,58 dəfə), “Beynəlxalq Sığorta Şirkəti” ASC (2,44 dəfə) və “Buta Sığorta” ASC (2,14 dəfə) şirkətləridir. Bundan başqa, «Azərsığorta»nın yığımları 67,8%, Sənaye sığortanın yığımları 45,4% azalıb.

11 şirkətdə isə artım baş verib. Ən böyük artım “Günay Sığorta” ASC (29,3 dəfə), “Paşa Sığorta” Şirkəti ASC (63,8%), “Qala Həyat” ASC (48,3%), “Azərqarant Sığorta” ASC (43,8%) və “Paşa Həyat Sığorta” ASC-də (37,4%) qeydə alınıb.

Ötən ilin eyni dövrünə nisbətən sığorta bazarının həcmi də böyüyüb. Bazar üzrə yığımlar 17,7% artaraq 285,3 milyon manatı keçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272