SIĞORTA

Sığortaçıların hesabat verməsi ilə bağlı – PALATADAN YENİLİK
20 İYUL
550

Sığortaçıların hesabat verməsi ilə bağlı – PALATADAN YENİLİK

2016-07-20 18:37:00

Sığorta bazarının peşəkar iştirakçılarının Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) təqdim etməli olduqları hesabatların elektron formada verilməsi üçün istifadə etdikləri link ünvanı yenisi ilə əvəz olunub. Palatadan fins.az-a verilən məlumata görə, müvafiq hesabatları təqdim etmək üçün istifadə edilən https://sns.maliyye.gov.az daxil olma linki https://sns.fimsa.az ilə dəyişdirilib.

Sözü gedən linkə daha rahat daxil olub hesabatların təqdim edilməsi üçün istifadəçilərin “flock” internet brauzerindən istifadə etmələri tövsiyə olunur.

Qeyd edək ki, sığorta qanunvericiliyinə əsasən hesabat dövrü başa çatdıqdan sonra 20 gün ərzində sığortaçılar MBNP-yə aylıq, rüblük və illik dəqiqləşdirilmiş, təkrarsığortaçılar rüblük və illik dəqiqləşdirilmiş və sığorta vasitəçiləri isə rüblük artan yekun üzrə hesabatlar verməlidirlər.

Hesabatların https://sns.fimsa.az linki vasitəsilə təqdim edilməsi ilə bağlı sığorta bazarının peşəkar iştirakçılarının hər hansı bir sualı yaranarsa 012 493 50 58 (dax. 414) nömrəsilə əlaqə saxlaya bilərlər.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası ölkədə maliyyə sektorunun dayanıqlılığını təmin etmək və bu sahədə nəzarət mexanizmlərini təkmilləşdirmək məqsədilə Azərbaycan Prezidentinin 3 fevral 2016-cı il tarixli Fərmanı ilə yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275