SIĞORTA

“Azərsığorta”nın yığımları kəskin artıb - HESABAT
19 İYUL
226

“Azərsığorta”nın yığımları kəskin artıb - HESABAT

2016-07-19 15:46:00

“Azərsığorta” 6 aylıq nəticələrini açıqlayıb. Şirkətdən fins.az-a verilən məlumata görə, ümumi yığımların həcmi 68 % artaraq 32 696 500 manat olub. Ötən ilin yanvar-iyun aylarında isə sığorta şirkəti 19 485 075 manat sığorta haqqı toplayıb.

Şirkətdən verilən məlumata görə, yığımlarda böyük artıma icbari sığorta növləri ilə bağlı korporativ müştərilərin illik sığorta haqqlarını birdəfəlik ödəmələridir. Bu da ümumi statistikada özünü göstərib.

Sığorta şirkəti yığımlarının 27,3 %-ni ödəniş olaraq müştərilərinə geri qaytarıb. Şirkətin yığımları ilə yanaşı ödənişləri 50,1% artaraq 8 940 020 manat olub. 2015-ci ilin ilk yarısında sığorta ödənişlərinin ümumi həcmi 5 953 543 manat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275