SIĞORTA

“Xalq Sığorta” nəticələrini açıqladı - HESABAT
18 İYUL
309

“Xalq Sığorta” nəticələrini açıqladı - HESABAT

2016-07-18 15:20:00

“Xalq Sığorta” şirkətinin bu ilin 6 ayı üzrə nəticələri məlum olub. Şirkətdən fins.az-a verilən məlumata görə, ümumi yığımların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 12,3 % artaraq 4 745 215 manat olub. 2015-ci ilin yanvar-iyun aylarında isə şirkət 4 223 439 manat sığorta haqq toplayıb. Yığımların 2 041 005 manatı könüllü növlərin, 2 704 210 manatı icbari sığorta növlərinin payına düşüb.

Sığorta şirkəti yığımlarının 59 %-ni ödəniş olaraq müştərilərinə geri qaytarıb. “Xalq Sığorta”nın yığımları ilə yanaşı, ödənişləri ötən ilin eyni dövrü ilə müqayisədə 81,6 % artaraq 2 804 122 manat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272