SIĞORTA

Sığorta agentlərilə bağlı qadağa nəyi dəyişəcək? - AÇIQLAMA
18 İYUL
516

Sığorta agentlərilə bağlı qadağa nəyi dəyişəcək? - AÇIQLAMA

2016-07-18 12:25:00

Avtomobillərin icbari sığortasında endirimlərin və hədiyyələrin ləğvi  sığorta bazarında haqsız rəqabətə son qoyacaq və sığorta xidmətinin kefiyyətini artıracaq. Bunu fins.az-a açıqlamasında  “Azərsığorta” şirkətinin idarə heyətinin sədr müavini Aftandil Hacıyev bildirib. Onun sözlərinə görə,  Maliyyə Bazarlarına Nəzarət Palatasının endirimlərin  və hədiyyələrin ləğvi ilə bağlı xəbərdarlığı icbari sığorta ilə bağlı bazarda vəziyyəti dəyişəcək. 

İcbari sığortaya  “ögey münasibət” aradan qalxacaq

Sığorta şirkətləri  satışları artırmaq üçün sürücülərə apteçka ,alovsöndürən və ya əlavə yanacaq  kimi həvəslədirici hədiyyələr söz verirdilər. Əvəzində  isə  sığorta xidmətinin kefiyyəti aşağı düşürdü.  Endirimlərin və hədiyyələrin qadağan edilməsi ilə  artıq bu hallara yol verilməyəcək və icbari sığortaya “ögey münasibət” aradan qalxacaq. Yəni, daha az endirim etməklə  və əlavə xərclərin azalması şirkətlərə daha kefiyyətli xidmət göstərməyə imkan verəcək. Nəticədə ödənişlərlə bağlı mübahisələrin sayı əhəmiyyətli dərəcədə azalacaq.

Qanunsuz sığorta satışları azalacaq

Digər tərəfdən, artıq hər yerdə “icbari sığorta burada” yazısına rast gəlinməyəcək. Lisenziyası olmadan sığortadan anlayışı olmadan əlavə qəzanc mənbəyi kimi sığorta satanlar azalacaq. Bu da öz növbəsində sığorta dələduzluğu və saxtakarlığı hallarını aradan qaldıracaq. A. Hacıyev bildirib ki,   Palatanın sığorta agentlərinə və agentliklərə xəbərdarlığından sonra artıq regionlarda  qanunsuz sığorta satışı halları azalmağa başlayıb. O əlavə edib ki,“Azərsığorta” şirkəti vergi öhdəliklərini yerinə yetirə bilməyən, prosedurlardan keçə bilməyən və hesabatlarını Palataya təqdim etməyən  agentlərin bir neçəsi ilə işi dayadırıb. 

İcbari avtomobil sığortasında satışlar azalmayacaq

Sədr müavinin sözlərinə görə, endirimlərin ləğvi ilə avtomobil sahibləri arasında icbari sığortanın bahalaşması görüntüsü satışlara təsir göstərməyəcək. Birincisi Palata bütün şirkətlərə xəbərdarlıq edib. Bazardakı bütün  şirkətlər endirimli satışları dayandırandan sonra müştəri istənilən halda avtomobillərinin icbari sığortasını almağa məcbur olacaq. Belə ki, bu növ sığorta məcburidir və avtomobilinin icbari sığortası olmayan sürücülər üçün cərimələnirlər. Bu isə o deməkdir ki, icbari avtomobil sığortası ilə bağlı satışlarda azalma olmayacaq.  Avtomobil sahibləri isə əvvəlki endirimlərdən məhrum olsalar da, əvəzində daha kefiyyətli sığorta xidməti əldə etmiş olacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271