SIĞORTA

Yığımları 37,3% artıb – SIĞORTA HESABATI
15 İYUL
288

Yığımları 37,3% artıb – SIĞORTA HESABATI

2016-07-15 14:47:00

«PAŞA Həyat» sığorta şirkətinin bu ilin 6 ayı üzrə nəticələri məlum olub. Şirkətdən fins.az-a verilən məlumata görə,   ümumi yığımların həcmi ötən ilin 6 ayı ilə müqayisədə 37,3 % artaraq  45 029 690 manat olub.  2015-ci ilin eyni dövründə isə bu rəqəm 32 782 386 manat olub.

Şirkətdən verilən məlumata görə,  artıma səbəb həyatın yaşam sığorta növü üzrə yığımların xeyli artmasıdır. Məsələn, ötən ilin 6 ayı ərzində bu növ üzrə 16,6 milyon manat sığorta haqqı toplanıbsa, bu il bu rəqəm 28,5 milyon manata kimi yüksəlib. Ümumilikdə yığımların 77 %-i icbari həyat sığorta növlərinin, 23 %-i isə könüllü həyat sığorta növlərinin payına düşüb. 

Sığorta şirkəti yığımlarının  23,6 %-ni ödəniş olaraq müştərilərinə qaytarıb.  Sığorta yığımları ilə yanaşı sığorta ödənişləri bu ilin yanvar-iyun aylarında  63,2% artaraq 10 661 883 manat olub. “PAŞA Həyat” sığorta şirkəti 2015-ci ilin 6 ayında 6 533 919 manat ödəniş edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274