SIĞORTA

«Standard Insurance»ın ən böyük ödənişləri – SİYAHI
15 İYUL
509

«Standard Insurance»ın ən böyük ödənişləri – SİYAHI

2016-07-15 10:26:00

«Standard Insurance» sığorta şirkəti iyun ayı üzrə böyük ödənişlərini açıqlayıb. Şirkətdən fins.az-a verilən məlumata görə, ən böyük ödənişlər avtomobil qəzaları üzrə kasko sığortası üzrə verilib.  4 avtomobilə görə ümumilikdə 59 500 manat ödəniş edilib. 

Aşan «Howo»ya 20700 manat ödəniş

İyun ayının ən böyük ödənişi qəzaya uğrayan yük maşınına görə ödənilib. Qəza ötən il dekabr ayının  20-də Bakı-Şamaxı yolunda baş verib. Howo markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşını dərədən aşırıb. Nəticədə avtomobilə xeyli ziyan dəyib.“Standard İnsurance” zərər çəkən müştəriyə 20 700  manat ödəniş edib. 

«Hyundai Sonata» işıq dirəyinə çırpıldı -16 min manat ziyan

Digər böyük ödənişli qəza yanvar ayının 31-də Bakıda H.Əliyev prospektində  baş verib. İdarəetməni itirən sürücü “Hyundai Sonata” markalı avtomobilini işıq dirəyinə vurub.Nəticədə avtomobilin ön hissəsi tamamilə sıradan çıxıb. Avtomobilin təmir xərcləri ilə bağlı 16 000 manat ödəniş verilib. 

Yük maşınları toqquşdu - 12690 manat ödəniş

Bakı-Quba yolunda baş verən qəzada isə yük avtomobilləri toqquşub. Qəza aprel ayının 18-də baş verib. Qəzada kasko sığortalı «Mercedes Benz» yük avtomobillərinə 12690 manat ziyan dəyib. Yük maşınına dəyən ziyanı sığorta şirkəti qarşılayıb.    

«Lexus»qarşıdan gələn maşınla toqquşdu -10 110 manat 

yın sonuncu ən böyük ödənişi 10 110 manat olub. Qəza fevral ayının 12-də Bakıda Nizami rayonunda baş verib. Sığortalı «Lexus» qarşıdan gələn «Volkswagen» markalı avtomobillərlə toqquşub. Sığorta hadisəsi nəticəsində «Lexus» avtomobilinin ön hissəsi əzilib. Müştəriyə dəyən ziyan sığorta şirkəti tərəfindən ödənilib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274