SIĞORTA

Sığorta agentləri biznesi tərk edir
13 İYUL
1194

Sığorta agentləri biznesi tərk edir

2016-07-13 16:58:00

Azərbaycan sığorta bazarında endirimlərin ləğv edilməsi və agentlərə verilən komisyon haqqın azaldılması sığorta agentlərinin xeyli hissəsinin satışları dayandırması ilə nəticələnib. Belə ki, sığorta agentləri  müştərilərə  verilən endirimlərdən məhrum olublar. Digər tərəfdən artıq  25-30 % deyil, 15 % kamisyon haqq müəyyən edilib. Belə olan halda isə sığorta satışına maraq azalıb.Sığorta ekspertləri fins.az-a bildirirlər ki, komisyon haqqların 15 %-ə qədər azaldılması nəticəsində sığorta satışı ilə məşğul olan agentlərin sayı  xeyli azalıb.

“Bir ayda 120 deyil, cəmi 40 sığorta satmaq olur”

Ekspertlər bildirirlər ki,  bunun bir neçə səbəbi var. Birincisi hazırda sığorta satışı  azalmaqda davam edir. Satışların ən çox olduğu icbari avtomobil sığortası sahəsində də satışlar əvvəlki kimi deyil. Sığortaçıların sözlərinə görə,  həm iqtisadi durğunluq, həm icbari avtomobil sığortasına nəzarətin zəifləməsi bu sahədə satışların azalmasına səbəb olub. məsələn, bir sığorta agenti ayda 100-120 sığorta polisi satırdısa, indi bu rəqəm 40-a qədər azalıb.

Sürücülərə 70 manatlıq icbari sığortanı 85-90 manata almır

Digər önəmli məsələ isə sığorta bazarında şok effetki verən kamisyon haqqların 15%-dən artıq verilməməsi ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasının sığorta şirkətlərinə qoyduğu qadağa ilə bağlıdır. Belə ki,  sığorta şirkətlərinin  satış nümayəndələri  sürücülərə zəng vuraraq ucuz sığorta təklif edirdilər. Sığorta agenti Vüqar Əliyev fins.az-a bildirib ki, icbari sığortaların standard qiyməti olsa da, müştərilərdə elə təssürat yaranmışdı ki, icbari sığortanı ucuz əldə etmək olar.70-72 manata satılan icbari sığortanı indi ancaq 85-90 manata kimi endirimli almaq mümkündür.Əvvəlki endirimlərə alışan sürücü isə  bu qiymətə icbar sığorta almaq istəmir.

“900-1400 manat qazanan agentə 450 manat sərfəli deyil”

Digər tərəfdən sığorta agentlərinin gəlirləri də azalıb.Məsələn, bir sığorta agenti 900-1400 manat qazanırdısa, indi bu rəqəm 450 manata qədər azalıb.Nəticədə sığorta agentləri bu sahədən uzaqlaşmağa başlayıblar.Məsələn, sığorta agentlərindən biri bildirir ki, topdan satış mağazalardan məhsul alıb mağazalara satmaqla sığorta agenti kimi işləməkdən daha çox qazanmaq mümkündür. Ona görə də artıq agent kimi fəaliyyətini dayandırıb.

“Sığorta şirkətlərinin 5 % vədini gözləyirik”

Vüqar Əliyevin sözlərinə görə, hazırda sığorta agentlərinin satışları azalır. Vəziyyət belə davam etsə, heç kim agent kimi sığorta satmayacaq. Belə ki, satılan icbari sığortalardan özü hazırda gəlir əldə etmir.Amma sığorta şirkətləri işlərin aparılması xərcləri ilə bağlı əlavə sığorta agentlərinə 5 %-lik güzəşt edəcəklərini bildirirlər. Bu halda isə agentlərin əldə edəcəkləri güzəştlər 20 % olacaq.

Agentliklər işçilərini ixtisar etməyə başlayıb

Satışların azalması ilə bağlı  “Qarat Sığorta Agentliyi” 2 işçisini ixtisar edib.Bir neçə işçinin isə ixtisar ediləcəyi bildirilib. Belə ki, sığorta agentlərindən fərqli olaraq agentliklərin əlavə xərcləri yaranır. Sığorta agentliklərinin reklam xərcləri, ofisin kirayəsi, vergi və sosial ödənişləri, işçilərin əmək haqqları həyata keçirməli olur.Agentliklərdən bildirirlər ki, 15%-lik komisyan haqqla  bütün bu  xərcləri qarşılamaq mümkün deyil. Digər tərəfdən satışların aşağı düşməsi əlavə işçi saxlamaq üçün sərfəli deyil. Ona görə də satışları 50 %-dən aşağı olan işçilər ixtisar edilir. 

Sığorta agenti: “İş yeri axtarıram”

Sığorta agenti Məmməd Məmmədov fins.az-a bildirib ki, əslində sığorta agenti üçün 15 %-lik komisyon heç də az məbləğ deyil. Məsələ burasındadır ki,  sığorta agenti bu komisyonun  çox az hissəsini gəlir olaraq götürə bilir.Çünki müştərilər endirimlərə alışıb və heç kim baha icbari sığorta almaq istəmir. Qanuni fəaliyyət göstərən agentlər müştəriyə endirim etməyə məcbur olmaqla yanaşı, əlavə ofis xərclərini də qarşılamalı olurlar, vergi ödəyirlər.Nəticədə son dövrdə sığorta agenti kimi fəaliyyət göstərmək sərfəli deyil.Sığorta agenti hazırda fəaliyyətini dayandırmağı planlaşdırdığını və iş yeri axtardığını deyir.

“Saxta sığorta satışı halları artacaq”

M.Məmmədov hesab edir ki, lisenziyalı fəaliyyət göstərən sığorta agentlərinin fəaliyyətlərini dayandırması bu vəziyyət saxta sığorta satışı hallarını artıracaq. Onun sözlərinə görə ehtiyat hissələri mağazaları və digər yerlərdə də heç bir xərc tələb olunmadan əlavə iş kimi sığorta da satılır. Bu şəxslər üçün nə qədər sığorta polisinin satılması önəmli deyil. Çünki bunun üçün hər hansı məsuliyyət daşımırlar və vergi ödəmirlər.bu tipli satış yerləri məsuliyyət daşımadıqları üçün saxtakarlıq hallarına da əl atırlar. Sığorta bazarında yaranan boşluq nəticəsində əvvəlki kimi saxta sığorta satışı halları artacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272